AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Putin və Tramp telefon danışığı zamanı koronavirusu müzakirə ediblər

Putin və Tramp telefon danışığı zamanı koronavirusu müzakirə ediblər

Təfsilat
30 Mart 2020, 21:10 209
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları telefon danışığı zamanı dünyada koronavirusun geniş miqyasda yayılmasında ciddi narahatçılıqlarını bildiriblər. Putin və Tramp bu təhlükəyə qarşı öz ölkələrində görülən tədbirlər barədə bir-birini məlumatlandırıblar. İki ölkənin bu istiqamətdə daha sıx əməkdaşlığının mümkünlüyü müzakirə olunub.
Bundan başqa Rusiya və ABŞ liderləri dünya neft bazarındakı hazırkı vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Bu istiqamətdə energetika nazirlərinin xətti ilə Rusiya-ABŞ məsləhətləşmələri haqqında razılıq əldə olunub.

Putin və Tramp telefon danışığı zamanı ikitərəfli münasibətlərə dair məsələlərə də toxunublar.
Liderlər şəxsi təmasların davam etdirilməsi barədə razılığa gəliblər.