• şənbə, 20 Aprel, 04:44
  • Baku Bakı 15°C

Putin və Ruhani Suriyadakı vəziyyəti müzakirə ediblər

15.04.18 18:03 951
Putin və Ruhani Suriyadakı vəziyyəti müzakirə ediblər
Bu gün Rusiya prezidentiVladimir Putinvə İran prezidentiHəsən Ruhaniarasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya və İran prezidentləri ABŞ, İngiltərə və Fransanın raket zərbəsindən sonraSuriyadakı vəziyyəti müzakirə ediblər.
V. Putin və H. Ruhani ABŞ və müttəfiqlərinin hüquqa zidd bu addımınınSuriyaböhranının siyasi yolla tənzimlənməsi perspektivinə ciddi zərbə vurduğunu qeyd ediblər. Rusiya prezidenti qeyd edib ki, əgərBMTNizamnaməsinə zidd bu fəaliyyət davam edərsə, bu, beynəlxalq münasibətlərdə xaosa gətirib çıxara bilər.
Rusiya və İran prezidentləri Yəmən də daxil olmaqla, Yaxın Şərq regionunda vəziyyətlə bağlı da müzakirə aparıblar. Tərəflər iqtisadi-ticari sfera da daxil olmaqla, iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayıb.
banner

Oxşar Xəbərlər