• cümə, 19 Aprel, 20:42
  • Baku Bakı 24°C

Putin və Lukaşenkonun görüşəcəyi yer və tarix bəlli oldu

06.02.19 09:30 437
Putin və Lukaşenkonun görüşəcəyi yer və tarix bəlli oldu
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksand Lukaşenko arasında fevralın 13-ü Soçidə görüş keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə "İzvestiya" qəzetinə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
D.Peskov deyib: "Fevralın 13-ü Soçidə baş tutacaq görüşdə prezidentlər İttifaq Dövləti çərçivəsində inteqrasiya proseslərinin araşdırılması üçün yaradılmış Rusiya-Belarus işçi qrupunun fəaliyyətini və mübahisəli məsələləri müzakirə edəcəklər".
Qeyd edək ki, daha əvvəl D.Peskov yanvarın 31-i V.Putin və A.Lukaşenko arasında baş tutan telefon danışığı zamanı tərəflərin yaxın zamanda görüşmək barədə razılşdıqlarını bildirmişdi.
banner

Oxşar Xəbərlər