Putin və Lukaşenko Dağlıq Qarabağı müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dövlət başçıları ikitərəfli gündəmdə duran məsələləri müzakirə ediblər.
Tərəflər Belarus Prezidentinin Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağın nizamlanması mövzusuna da toxunublar.