AZE | RUS | ENG |

Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb

Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb
Rusiya prezidenti Vladimir Putin hökumətə "An-148" təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının araşdırılması ilə bağlı tapşırıq verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
 
V. Putin hökumətə aviaqəza ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb. D. Peskov deyib ki, V. Putin qəzada qohumlarını və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.
 
Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6900
GBP 1 İngilis funt sterlinqi 2.3644
TRY 1 Türk lirəsi 0.4475
KWD 1 Küveyt dinarı 5.6666
SEK 1 İsveç kronu 0.2090
EUR 1 Avro 2.0865
CHF 1 İsveçrə frankı 1.8097
USD 1 ABŞ dolları 1.7001