• cümə axşamı, 28 mart, 17:53
  • Baku Bakı 16°C

Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb

16.10.17 20:15 2510
Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb
Rusiya prezidentiVladimir PutinŞimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,BMTTəhlükəsizlik Şurasının 31 noyabr 2016-cı il tarixli qətnaməsi ilə əlaqədar imzalanan fərmana əsasən, Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq.

Qeyd olunur ki, əməkdaşlıq yalnız Pxenyanın nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkündür.

Putinin tapşırığına əsasən, Şimali Koreyanın nüvə proqramının icrası ilə əlaqəli olan gəmilərin Rusiyada qeydiyyatı ləğv olunacaq, habelə belə gəmilərin Rusiyanın limanlarına girişi yasaqlanacaq.
banner

Oxşar Xəbərlər