Putin Səudiyyə Ərəbistanına səfərə hazırlaşır
Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfərinin vaxtı hələ müəyyən edilməyib.
Trend-in məlumatına görə, bunu RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, səfərə hazırlıq davam edir:"Səfərin tarixi diplomatik kanallarla razılaşdırıldıqdan sonra məlumat veriləcək. Ümumilikdə səfərə hazırlıq işləri davam edir".