• cümə, 29 Mart, 19:36
  • Baku Bakı 14°C

Putin: "Rusiya - Türkiyə əlaqələrinin sürətli bərpasından çox məmnunuq"

10.03.17 16:45 740
Putin: "Rusiya - Türkiyə əlaqələrinin sürətli bərpasından çox məmnunuq"
"Rusiya-Türkiyə əlaqələri çox sürətli templə bərpa olunur".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentiVladimir Putintürkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
Rusiya dövlət başçısı Moskvanın bundan çox şad olduğunu söyləyib: "Biz çox şadıq ki, dövlətlərarası münasibətlərimiz olduqca sürətli temlə bərpa olunur. 2014-cü ildə keçirilən axırıncı Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasından çox vaxt keçib. Bu müddət ərzində çoxlu hadisələr baş verib. Son vaxtlar biz Rusiya-Türkiyə münasibətlərinin layiq olduğu səvəyyəyə çıxması üçün aktiv çalışımışıq".
banner

Oxşar Xəbərlər