Putin: “Rusiya heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib”
Rusiya hakimiyyəti heç vaxt ABŞ-ın daxili siyasətinə təsir etməyə cəhd etməyib. APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentiVladimir Putin"Fox News” telekanalına müsahibəsində bildirib.
"Rusiya bir dövlət kimi heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib”, deyə Putin qeyd edib.
Vladimir PutinHelsinkidə iyulun 16-da amerikalı həmkarı Donald Trampla görüşündən sonra "Fox News” telekanalına müsahibə verib.