AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Putin “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək

Putin “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək

Siyasət
03 İyun 2020, 15:33 298
Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın təşkil etdiyi koronavirusla bağlı "Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
V. Putinin virtual formatda keçirilən konfransda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Dmitri Peskov jurnalistlərə məsləhət görüb ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlasınlar.
"Bu konfransda Rusiya ən yüksək səviyyədə təmsil olunmayacaq”, - deyə D. Peskov vurğulayıb.
Qeyd edək ki, Kreml ötən həftə Britaniya Baş Naziri Boris Consonun Vladimir Putini konfransa dəvət etdiyini bildirib. Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti isə məlumat yayıb ki, iyunun 4-də keçiriləcək konfransda ölkəni Səhiyyə naziri Mixayil Muraşko təmsil edəcək və o, konfransda çıxış edəcək.
Xatırladaq ki, iyunun 4-də keçirilməsi planlaşdırılan "Qlobal Peyvənd Sammiti 2020"də yeni növ koronavirusa qarşı peyvəndin universal olmasını təmin etmək üçün lazım olan resursların səfərbər edilməsi müzakirə olunacaq.