• cümə, 26 Aprel, 16:16
  • Baku Bakı 23°C

Putin: “NATO-nun şərqə doğru genişlənməsindən qorxmuram”

17.04.14 14:20 298
Putin: “NATO-nun şərqə doğru genişlənməsindən qorxmuram”
NATO-nun şərqə doğru genişlənməsindən qorxmuram. Bundan heç kim qorxmamalıdır, lakin eyni zamanda durumu soyuqqanlı dəyərləndirmək lazımdır.
APA-nın məlumatına görə, bunu canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, Krımla bağlı qərarın qəbulunun səbəblərindən biri NATO-nun şərqə doğru genişlənməsi olub.
“Mən deyəndə ki, NATO-ya yeni ölkələrin qoşulmasına ehtiyac yoxdur, təhlükəsizliyə dair ikitərəfli saziş əsasında əməkdaşlıq qurula bilər, bizə dedilər ki, bu sizin işiniz deyil. Ona görə də əgər birdən NATO qoşunları Sevastopolda peyda olsa idilər, bu, artıq Rusiya üçün geosiyasi əhəmiyyət kəsb edəcəkdir. Yəni Rusiya Qara dəniz bölgəsindən sıxışdırılıb çıxarılacaqdır. Odur ki, NATO-nun genişlənməsi məsələsində bütün amilləri nəzərə alacağıq və müvafiq addımlar atacağıq. Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər