• cümə axşamı, 25 aprel, 14:42
  • Baku Bakı 23°C

Putin müttəfiqlərini Moskvaya topladı

23.12.14 13:18 1065
Putin müttəfiqlərini Moskvaya topladı
Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin başçılarının sammiti başlayıb.
APA-nın məlumatına görə, Kremldə keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti İmaməli Raxmon, Ermənistan prezidenti Serj Sarkisyan və KTMT baş katibi Nikolay Bordyuja iştirak edirlər.
Dövlət başçıları terrorizmlə və narkotiklərin dövriyyəsi ilə mübarizə, kollektiv təhlükəsizlik, kollektiv aviasiya qüvvələrinin yaradılması məsələlərini müzakirə edəcəklər.
Sammitin yekununda 22 sənədin imzalanması gözlənilir.
Sənədlərdən biri dövlət başçılarının ümumi bəyanatıdır.
Dövlət başçılarının bəyanatında Əfqanıstan faktoru nəzərə alınaraq Orta Asiyada terrorizm və ekstremizm təhlükəsindən narahatlıq, Ukraynada sülhün bərpa olunmasının və Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsinin vacibliyi əksini tapacaq.
banner

Oxşar Xəbərlər