Putin: Lider onda olan səlahiyyətlərdən düzgün istifadə etməyi bacarmalıdır
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, lider üçün onda olan səlahiyyətlərdən düzgün istifadə etmək bacarığının olması vacibdir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Vladimir Putin Rusiya prezidenti haqqında sənədli filmin çəkilişi zamanı rejissor Oliver Stouna verdiyi müsahibəsində deyib.
"Putinin müsahibəsi" (The Putin Interviews) sənədli film iyunun 12-15-də Showtime kanalında nümayiş olunacaq.