• cümə axşamı, 25 aprel, 20:46
  • Baku Bakı 21°C

Putin Krıma qubernator təyin etdi

14.04.14 19:47 1072
Putin Krıma qubernator təyin etdi
Rusiya prezidenti Vladimir Putin Krımın baş naziri Aksyonova qubernator səlahiyyətlərini icra etməyi təklif edib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Putin bu gün Aksyonovla görüş zamanı bəyan edib.
“Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq qubernatorun səlahiyyətlərini icra edəni təyin etmək lazımdır. Bu gün bu barədə müvafiq fərman imzalanacaq”, - deyə Putin bildirib.
Putin həmçinin Krım qanunverici orqanlarına seçkilərin sentyabrın 14-də baş tutacağını bəyan edib.
Aksyonov, öz növbəsində, Krımın seçkilərə hazır olduğunu vurğulayıb.
Bundan əvvəl, Krımın Dövlət Şurası Putinə regiona başçılıq etmək üçün Aksyonovun namizədliyini irəli sürüb.
banner

Oxşar Xəbərlər