• şənbə, 20 Aprel, 18:08
  • Baku Bakı 24°C

Putin: “Krıma qoşun yeritmək imkanımız var”

04.03.14 13:47 1141
Putin: “Krıma qoşun yeritmək imkanımız var”
"Ukraynada baş verənlərin yalnız bir adı var: antikonstitusion çevriliş və hakimiyyətin silahlı yolla ələ alınması. Bununla kimsə mübahisə etmir. Kim mübahisə edir ki?! Nə mən, nə də son vaxtlar telefonla çox danışdığım həmkarlarım bu suala cavab verə bilmir: bu, kimə gərəkdi?"
Rusiya prezidenti Vladimir Putin Moskva yaxınlığındakı Novo-Oqaryovoda yerləşən işamətgahında keçirdiyi mətbuat konfransında Ukraynadakı olaylarla bağlı danışarkən belə deyib.
Milli.Az İnterfaks-a istinadən bildirir ki, V.Putin Ukrayna prezidenti Viktor Yanukoviçin legitimliyinə şübhə etmir.
"O, siyasi rəqiblərindən fərqli olaraq heç bir qanunsuz əmr vermədi. Bu azmış kimi Ukrayna paytaxtından bütün milis qüvvələrinin çıxarılmasına göstəriş verdi. V.Yanukoviç fevralın 21-də müxalifətlə anlaşma imzalayaraq hakimiyyətini faktiki olaraq təhvil vermişdi. O, müxalifətin bütün tələbləri ilə razılaşmışdı", - V.Putin deyib.
V.Putinin sözlərinə görə, V.Yanukoviçə prezident seçkilərində ikinci dəfə seçilə bilməyəcəyini deyib: "Ukrayna xalqı dəyişikliklər istəyir. Lakin antikonstitusion, qanunsuz əməllərə haqq qazandırmaq olmaz. Ukraynada indi bir fırıldaqçıları başqa fırıldaqçılar əvəzləyir. Maydandakı insanları anlayıram. Onlar kosmetik yox, ciddi dəyişikliklər istəyirlər. Onlar fırıldaqçıların başqa fırıldaqçılarla əvəzlənməsinə adət ediblər. Kimisə alçaltmaq, güclərini göstərmək istədilər. Amma məncə, çox axmaq hərəkətlərdir. Gözləntilərinin tam əksinə nail oldular. Üstəlik, Ukraynanın şərqini və cənub-şərqini çalxaladılar".
Krımdakı yerli hakimiyyətin referenedum keçirərək Ukraynadan ayrılmaqla bağlı mövqeyini qanuniləşdirmək istəkləri barədə sualı cavablayan Rusiya prezidenti deyib: "Krımda və Ukraynanın başqa regionlarında sakinlərə özlərinin, bölgənin taleyini müəyyənləşdirməyə imkan vermək gərəkdir".
V.Putin Ukraynaya qoşun yeritməklə bağlı planlarında da dəyişikliklər edib: "Qoşunların yeridilməsinə gəldikdə isə... Hələlik buna ehtiyac yoxdur. Amma imkan var".
banner

Oxşar Xəbərlər