• cümə axşamı, 25 aprel, 16:42
  • Baku Bakı 23°C

Putin: “İnsanların şüurunda Krım həmişə Rusiyanın bir hissəsi olub”

18.03.14 13:45 1054
Putin: “İnsanların şüurunda Krım həmişə Rusiyanın bir hissəsi olub”
İnsanların şüurunda Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub. APA-nın məlumatına görə, bunu Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Onun sözlərinə görə, 1917-ci ildən sonra bolşeviklər Rusiyanın cənubundakı ərazilərin xeyli hissəsini Ukrayna SSR-nin tərkibinə daxil ediblər.
“Bu, yerli sakinlərin milli tərkibi nəzərə alınmadan edilib. Müvafiq qərarı SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşov verib. Bizim üçün vacib odur ki, bu, o vaxtkı qanunların pozulması idi. O vaxt Krımdakı insanları fakt qarşısında qoydular”.
Putin həmçinin Krım tatarları ilə bağlı məsələyə toxunub. O qeyd edib ki, tarixboyu onlara qarşı ədalətsiz davranıblar. “Düşünürəm ki, Krımda 3 rəsmi dil – rus, Ukrayna və Krım-tatar dili olsa, bu daha məqsədəuyğun olardı”.
banner

Oxşar Xəbərlər