• cümə axşamı, 18 aprel, 13:55
  • Baku Bakı 22°C

Putin İlham Əliyevə zəng edib

12.04.18 13:40 757
Putin İlham Əliyevə zəng edib
Rusiya Federasiyasının prezidentiVladimir Putinaprelin 12-də Azərbaycan prezidentiİlham Əliyevə zəng edib.

APA-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, prezidentVladimir Putinprezidentİlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.Vladimir Putinəminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcək.

Prezidentİlham Əliyevgöstərilən diqqətə və təbrikə görəVladimir Putinə minnətdarlığını bildirib. Dövlət başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər