• cümə, 29 Mart, 14:27
  • Baku Bakı 14°C

Putin Həbibə: Hamımız belə tullanardıq

11.10.18 11:20 579
Putin Həbibə: Hamımız belə tullanardıq
Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.
Komanda.az xəbər verir ki, görüş "Rusiya - idman ölkəsidir" forumundan sonra baş tutub.Görüşdə idmançının atası Abdulmanap Nurməhəmmədov da iştirak edib.
Putin Həbibi təbrik edib. Rusiya prezidenti onun Konorla görüşdən sonrakı hərəkətinə də münasibət bildirib:
"Əlbəttə, əgər bizə hücum olursa, nəinki sən, hamımız elə tullanardıq. Ancaq yaxşı olardı ki, vəziyyəti bu həddə çatdırmasınlar”.
Həbib Las-Veqasda keçirilən döyüşdə Konor Makqreqoru 4-cü raundda məğlub edib. Qarşılaşma bitən kimi Nurməhəmmədov oktaqonu tərk edərək irlandın komandasının üzvünə hücum edib və nəticədə kütləvi dava düşüb.
banner

Oxşar Xəbərlər