• cümə axşamı, 25 aprel, 05:30
  • Baku Bakı 19°C

Putin Paşinyanı Azərbaycan prezidenti ilə tanış edib

15.06.18 10:16 604
Putin Paşinyanı Azərbaycan prezidenti ilə tanış edib
Rusiya prezidentiVladimir PutinErmənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidentiİlham Əliyevlə tanış edib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu N.Paşinyan "Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.

"Futbol matçından sonra Rusiya prezidentiMDBölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil edib. Tədbirdə Azərbaycan prezidentiİlham Əliyevdə iştirak edib. Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmayıb”, - deyə Paşinyan qeyd edib.
banner

Oxşar Xəbərlər