• cümə axşamı, 28 mart, 21:29
  • Baku Bakı 13°C

Putin Ərdoğanı “krepkiy mujik” adlandırdı

18.12.14 14:56 1122
Putin Ərdoğanı “krepkiy mujik” adlandırdı
Rusiya ilə Türkiyənin üst-üstə düşən çoxlu sayda regional maraqları var.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada keçirilən ənənəvi brifinqdə Rusiya prezidenti Vladimir Putin deyib.
V. Putin qeyd edib ki, Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil.
Avropanın Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar edəcəyinə əmin olduğunu deyən Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bəzi məsələləri ictimailəşdirməməyi təklif etdiyini, lakin onun bundan imtina etdiyini bildirib.
V. Putin Ərdoğanı “krepkiy mujik” (güclü xarakterə malik kişi-red.) adlandırıb.
banner

Oxşar Xəbərlər