• cümə axşamı, 28 mart, 13:55
  • Baku Bakı 16°C

Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

14.04.21 17:45 1005
Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq
Telefon danışığı zamanı Putin-Bayden görüşünün Avropada, üçüncü ölkədə keçirilməsi müzakirə olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinlə Bayden arasında görüşün keçirilməsi ABŞ tərəfinin gələcək addımları nəzərə alınmaqla mümkün olacaq.
"Telefon danışığı zamanı söhbət üçüncü ölkələrin birindən, Avropa ölkəsindən gedib. Lakin bu ancaq ABŞ tərəfinin gələcək addımları nəzərə alınmaqla mümkün olacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.
D. Peskov bu gün Kremldə ABŞ səfiri ilə Rusiya Prezidentinin köməkçisi arasında keçirilən görüşə də toxunub: "ABŞ səfiri ilə Yuri Uşakovun görüşü olub, lakin bu o demək deyil ki, iki liderin görüşünə hazırlığa başlanılıb”.
banner

Oxşar Xəbərlər