• cümə axşamı, 25 aprel, 12:17
  • Baku Bakı 23°C

Putin Barak Obamanı Rusiyaya dəvət edib

21.11.16 09:22 968
Putin Barak Obamanı Rusiyaya dəvət edib
Vladimir PutinPerunun paytaxtı Limada başa çatmış Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsindəBarak Obamailə söhbət zamanı onu Rusiyaya dəvət edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya lideri jurnalistlərə açıqlamasında bildirib.
"Baxmayaraq ki, illər boyu aramızda dialoq asan olmayıb və işlərimiz çətin gedib, biz daim bir-birimizə hörmətlə yanaşmışıq. Mən birlikdə gördüyümüz işlərə görə prezidentə təşəkkürümü bildirdim. Biz onu istənilən zaman Rusiyada görməyə şad olarıq”, deyə V.Putin qeyd edib.
banner

Oxşar Xəbərlər