• cümə, 29 Mart, 04:36
  • Baku Bakı 7°C

Putin Azərbaycan prezidentini təbrik edib

30.12.17 14:24 820
Putin Azərbaycan prezidentini təbrik edib
Rusiya prezidentiVladimir PutinYeni il münasibətilə Azərbaycan prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.

Kremlin mətbuat xidmətindənAPA-nın Moskva müxbirinə verilən məlumata görə, V. Putin məktubunda ötən il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb: "Bu yubiley müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni uğurlarla yadda qaldı".
Rusiya prezidenti konstruktiv dialoqun davam etdiriləcəyinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkələrin, xalqların köklü maraqlarına cavab verən Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üzrə birgə işlərin davam etdiriləcəyinə ümidini ifadə edib.
banner

Oxşar Xəbərlər