• cümə axşamı, 25 aprel, 04:53
  • Baku Bakı 19°C

Putin ABŞ-ın tərəfdaşlarını Suriyaya raket zərbəsini dəstəklədiklərinə görə qınayıb

12.04.17 10:20 930
Putin ABŞ-ın tərəfdaşlarını Suriyaya raket zərbəsini dəstəklədiklərinə görə qınayıb
Rusiya prezidentiVladimir PutinABŞ-ın tərəfdaşlarını Suriyaya endirilən raket zərbəsini vəziyyəti təhlil etmədən dəstəklədiklərinə görə qınayıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin qeyd edib ki,Suriyaordusunun kimyəvi silahdan istifadə etməsini təsdiqləyən heç bir dəlil yoxdur, beynəlxalq hüququn pozulması isə var.
"NATOüzrə tərəfdaşlar necə reaksiya verdilər? Hamı dərhal vəziyyəti təhlil etmədən ABŞ-ı dəstəklədi.Suriyaordusunun kimyəvi silahdan istifadə etməsini təsdiqləyən faktlar hanı? Yoxdur. beynəlxalq hüququn pozulması isə var. Fakt budur”, - deyə Putin "Mir 24” telekanalına müsahibəsində bildirib.
banner

Oxşar Xəbərlər