• şənbə, 20 Aprel, 15:33
  • Baku Bakı 23°C

Putin ABŞ-ın dəstəyinə görə Trampa təşəkkür edib

18.12.17 09:40 1631
Putin ABŞ-ın dəstəyinə görə Trampa təşəkkür edib
Rusiya prezidentiVladimir Putinvə onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, danışıq zamanı V.Putin Sankt Peterburqda terror aktının qarşısını almağa kömək etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə D.Trampa təşəkkür edib.
Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, MKİ-nin təqdim etdiyi informasiyaSankt Peterburqun Kazan kilsəsində və digər izdihamlı yerlədə partlayışlar törətməyi planlaşdıran terrorçu qrupun müəyyənləşdirilərək saxlanılmasına yardım edib.
Putin Trampdan MKİ rəhbərliyinə və operativ məlumatı əldə etmiş kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib.
banner

Oxşar Xəbərlər