AZE | RUS | ENG |


Püşk atıldı: "Qarabağ" üçün Danimarka çempionu

Püşk atıldı:
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. 

Kaspi.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Azərbaycan çempionu "Qarabağ” da rəqibini tanıyıb. "Köhlən atlar" Danimarka çempionu "Kopenhagen"lə qarşılaşacaq.

Ağdam təmsilçisinin "Kopenhagen"lə avrokuboklarda yolu artıq bir dəfə kəsişib. "Qarabağ" 1998/99 mövsümündə, artıq mövcud olmayan Kuboklar Kubokunun 1-ci təsnifat mərhələsində Danimarka klubuyla qarşılaşmışdı. Hər iki oyunda böyük hesabla uduzan (0:4, 0:6) Ağdam klubu mübarizəni dayandırmışdı.  

Türkiyə təmsilçisi "Başakşəhər" ilk dəfə çıxış etdiyi ÇL-in qrup mərhələsinə vəsiqə əldə etmək üçün İspaniya təmsilçisi "Sevilya" ilə qarşılaşacaq.

İtaliya A seriyası təmsilçisi "Napoli" isə Fransa klubu "Nitsa" ilə üz-üzə gələcək.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp pley-offda vətəninə səyahət etməli olacaq. Belə ki, "qırmızılar" Almaniya Bundesliqa təmsilçisi "Hoffenhaym"la qarşılaşacaq.  
Pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.
Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar yolu
Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka) 
APOEL (Kipr) - Slaviya (Çexiya)
Olimpiakos”(Yunanıstan) - Riyeka (Xorvatiya)
Seltik (Şotlandiya) - Astana (Qazaxıstan)
Hapoel (Byer-Şeva, İsrail) - Maribor (Sloveniya)
Liqa yolu
Başakşəhər (Türkiyə) - Sevilya (İspaniya) 
Yanq Boyz (İsveçrə) - ÇSKA (Rusiya) 
Napoli (İtaliya) - Nitsa (Fransa)
Hoffenhaym (Almaniya) - Liverpul (İngiltərə)
Sportinq (Portuqaliya) - Styaua (Rumıniya)


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001