• cümə, 29 Mart, 09:22
  • Baku Bakı 5°C

“Pulu başqalarından daha çox sevirəm”

28.10.14 13:47 1848
“Pulu başqalarından daha çox sevirəm”
Türkiyənin sevilən ifaçısı Demet Akalın yaradıcılığının 18 ilini qeyd edir. Türkiyə mətbuatına ömrünün ən gözəl illərini keçirdiyini deyən ifaçı yaradıcılığının zirvəsində olduğunu bildirib. O, müsahibəsi zamanı ailə həyatı və yenicə doğulmuş qızı Hira ilə bağlı da danışıb: “Bu yalan deyil, mən pulu çox sevirəm. İndiki zəmanədə pulu kim sevmir ki? Mən sadəcə olaraq, başqa insanlardan daha çox sevirəm”.
Müğənni heç zaman gələcəyə dair plan qurmadığını da qeyd edib.
“İş manyakıyam”
- 18 il əvvəl “Səbəbim” adlı musiqi albomu ilə şou dünyasına qədəm qoydunuz. Albomun içinə atanız üçün yazdığınız “Bu, mənim ilk albomumdur, bəlkə də ilk uğurumdur. Onu sənin əziz xatirənə iltihaf edirəm, ata” - cümlələriniz çox təsirli idi.

- Bəli. Görün, o zamankı qələmim nə qədər qüvvətli olub. Məni qəzet müxbirliyinə götürün deyirəm, ancaq heç kim ciddiyə almır (gülür). Məktəb illərində ən böyük arzum jurnalist olmaq idi. Anam bu sənəti çox sevir. Məktəb vaxtı məndən nə olmaq istədiyimizi soruşduqda mən “qəzet işçisi, jurnalist” deyirdim.
- Məktəb vaxtı necə bir şagird idiniz?
- Dərslərimi yaxşı oxuyurdum. Universitetə imtahan verəndə ilk turu qazansam da, ikincisindən keçə bilmədim. Şagird olanda tez-tez qəzet oxuyurdum. Məktəbdə təbaşir almaq, süpürgə pulu və digər pul məsələlərinə mən baxırdım.
- Bəlli ki, pulu uşaqlıqdan sevirsiniz.
- Bu, yalan deyil. Pulu sevirəm, kim sevmir ki? Amma mən hər kəsdən daha artıq sevirəm. Pulla bərabər, iş manyakıyam desəm, yəqin ki, yanılmaram.
- Pul qazanmağa nə vaxtdan başlamısınız?
- Lee Cooper dəfinəsinin seçim turlarına qatıldım. Oraya bir dostumla getmişdim. Mən çox dinməz və sakit bir uşaq idim. Utandığımdan başımı yuxarı qaldırmazdım. Anam məni gənc qruplara aparıb danışdırırdı. Qruplarda fəal uşaqlara yaxınlaşıb deyirdi ki: “Allah eşqinə bu qızı aranıza alın. Bu qızı özünüzlə aparın, sizinlə bir az gəzsin”. Həmin qız dostlarımla seçim turlarına getdik, təsəvvür edin, onların heç biri seçilmədi, mən seçildim. Oradan 50 lira qazandım. Pulu aparıb tez anama verdim.
“Qiyamət başlayır”
- Uşaq yaşlarınızda çoxmu kasıb idiniz?
- Əslində, orta səviyyədə yaşayan bir ailə idik. Atamdan qalan pensiya pulu ilə dolanırdıq. Nədənsə məndə pula maraq uşaqlıqdan bu yana var. Mən pula uşaqlıqdan meyilliyəm. Bir gün zəlzələ oldu. Qardaşım o zaman çox balaca idi. Zəlzələ olan zaman qardaşımı binadan düşən qonşunun əlinə verdim. O zaman qızıl yığırdım. Anamı görən kimi “Ana, qızılları götürdünmü?” - deyə başladım qadına boş-boş suallar verməyə. Təsəvvür edin ki, zəlzələ olub, hamı titrəyir, mən özümü deyil, qızılları düşünürəm.
- Maraqlıdır, başını yerdən qaldırmağa utanın gənc qız necə model oldu?
- Mən çox gözəl bir maneken idim. Vakko, hətta alt geyimləri dəfinələrində də iştirak edirdim. Sonra Emral Avşar məni Hülya Avşarın truppasına aldı. Hülya xanımla səhnəyə çıxmağa başladım. Əgər bu yolda inkişaf edəcəyəmsə, bir albom hazırlayım dedim və beləcə, şou aləminə gəldim. Albomum çıxanda insanlar “manekendən müğənni olarmı?” deyə məni qınadılar. Ancaq zaman keçdikcə, onlara şillə kimi zərbə vurdum. 1996-cı ildə “Səbəbim” adlı albomla musiqi dünyasına girdim. Daha sonra “Aşkın açmadığı kapı”, Sərdar Ortacla “Bitdim” kimi mahnılarım hit oldum.
- “Bu aləmdə səndən bir şey olmaz, musiqi dünyasında sənə yer yoxdur”- deyənlər oldumu?
- Elə hallarla rastlaşmadım. Sadəcə, “Bitdim” albomunu hazırlayarkən bir neçə şirkət mənə “bir az gözlə” desə də sonra onlardan səs-soraq çıxmadı. Ahmet Çelenkin ofisinə getdik. 20 dəqiqə gözləsəm də, söz verdiyi halda gəlmədi. Mən də işçilərinə “Ona deyin ki, mənim əlimdəki brilyant üzük bu binanı satın alar” dedim və çıxdım. O zaman çox əsəbi idim. Sonra Bülənt Seyhanla tanış oldum. O, mənim albomumu bir dəfə dinlədi və biz müqavilə imzaladıq.
- Həyat yoldaşınız Okanla münasibətiniz necədir?
- Bəzən ondan çox çəkinirəm. Əvvəllər mənə çox qadağalar qoyurdu. Sonra yavaş-yavaş qəlbini ələ aldım. Qayınanam və qayınatam məndən çox razıdırlar. Keçən həftə qayınatama yemək hazırladım. O, çox təəccübləndi. Mən səhnədə Beyonsam, evdə isə Eminə Bedər. İlk dəfədir ki, doğru insanla evləndiyimə inanıram. Alt paltarların reklamı üçün bir dəfə jurnalın üz qabığına şəkillər çəkdirdim. Hətta reklamın xüsusi bir sayı mənim o geyimlərdə şəkillərimdən ibarət olacaq idi. Okan onu aldatdığımı və yola verdiyimi deyib əsəbiləşdi. Bu şəkilləri yəqin ki, jurnala verməyə risk etməyəcəyimi bildirdi. Dedim ki, mən müğənniyəm, bu, mənim işimdir. O şəkil mediada yayımlandı. Bütün qadağalar onları aşmaq üçündür və aşdım da. Qanunları aşdım dedimsə, o qədər də həyat yoldaşımın sözünü yerə salmıram. Neçə ildən sonra bir ər tapmışam, heç onu qaçırdaram? Bundan sonra nə qısa ətək, nə də açıq-aşkar şəkil çəkdirmək üçün həyat yoldaşımın sözünü yerə salmaram. Okanla münasibətlərim onun danışıq tərzindən asılı olur. Məsələn, “Canım, bax bu suyu içmə, başqasını içərsən daha gözəl olar” deyəndə, onun sözünə əməl edirəm. Ancaq əmrlə “bunu içməyəcəksən” desə, ona inad olsun deyə edərəm. Bundan sonra qiyamət başlayır. Onu çox istəyirəm.
- Həyat yoldaşınız sizə xəyanət etsə, nə olar?
- Özünü qapının önündə görər. Mövzunu heç uzatmaram.
- Həyat yoldaşınızdan gündəlik xərclik alırsınızmı?
- Xeyr, almıram. O mənə pul verir, ancaq gündəlik mən ondan pul almıram. Gündəlik evin xərclərini Okan edir. Ancaq özümə aid alış-verişi özüm edirəm. Həmişə mənə deyirlər ki, nə çox gəzirsən, nə çox pul xərcləyirsən, sən bu pulu necə qazanırsan, çox mədəniyyətsizsən. İnşallah, onlar da bu qədər pul qazanar. Mən çox kiçik bir yerdən gəlmişəm və çox mədəniyyətsizliklər etmişəm. Tezliklə bu qədər pul qazanan hər kəs belə edərdi. Tənqid ediləcək deyil, nümunə götürüləcək bir həyatım var. Cansel Özzenginlə gecəsi 80 lirəyə çiçək satan iki qız idik. Oradan buraya gələn bir həyat hekayəm var. Çox ürkək insanam. Həyat yoldaşım Okan soruşur ki, sənin kimi ürkək bir insan necə olur ki, 10 minlərlə insanın qarşısında mahnı oxuyur. Manekenlik həyatıma alt paltarını təqdim edən maneken kimi başladım. Bu mənim edə bilməyəcəyim bir iş deyildi. Yəqin ürkəkliyimə o zaman qalib gəlmişəm. Bir gün biri mənə mesaj yolladı ki, bu qədər çirkinsən, o kişi səni necə alıb? Sizcə, dünyaya yeni övlad gətirən insana belə söz demək olar? Belə sözləri yazan insanlar evdə boş-bekar oturan qadınlardır, “çox çirkinsən. O kişi səni necə alıb?” və s. lazımsız sözlər yazırlar. Amma buna baxmayaraq, insanların xoşagəlməz sözlərindən pis olmuram, mən hər zaman qarşıma baxıram. Deyirlər ki, çirkinsən, bu halımla bu yüksəklikdəyəm, gör gözəl olsaydım, Allah bilir haralarda olardım...
- Demet xanım, qızınızı nə üçün hər kəsdən gizlədirsiniz?
- Bu sualı həyat yoldaşım Okana verin. Qızım hər zaman yalnızdır, biz onu heç kimə göstərmirik. Bilmirəm biz onu məktəbə necə yazdıracağıq? Yəqin ki, o, məktəbə gedəndə gedib yanında oturacam, ya da qapının arxasında qızımı gözləyəcəm. Mən həyat yoldaşıma Hiranı parka aparmağı məsləhət görürəm. Okan isə buna ehtiyac olmadığını, elə həyətdə gəzdirməyin kifayət olduğunu bildirir.
- Görəsən qızınız Hira da sizin kimi pula bu qədər həvəslənərmi?
- O, mənə də çox maraqlıdır. Həyatımda ən çox maraq göstərdiyim şey gələcəkdə Hiranın kimə bənzəyəcəyidir. Maraqlıdır ki, ilk dəfə dil açanda “ana” deyəcək, yoxsa “ata”? Onun gələcək həyatı məni çox narahat edir.
- Demet xanım, biz sizi nə üçün heç bir serialda, filmdə görmürük?
- İnşallah, yaxın zamanlarda Receb İvedikin çəkdiyi filmdə rol alacam. Biz ailəlikcə Şahanın pərəstişkarıyıq. Okan onun filmlərini dəfələrlə izləyir, ancaq yenə də gülür. Okanla İvedikin xarakterləri çox oxşayır. Şahanı o qədər bezdirdik ki, onun bizə rol verməkdən başqa çarəsi yoxdur. Şahanın xətrini çox istəyirəm. O, çox istedadlı aktyordur. Hesab edirəm ki, onun çəkdiyi filmlərin reytinqinə hələ çatan olmayıb.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər