• cümə axşamı, 25 aprel, 15:23
  • Baku Bakı 23°C

Pulsuz hüquqi yardım layihəsi fəaliyyətini onlayn davam etdirir

09.05.20 19:24 831
Pulsuz hüquqi yardım layihəsi fəaliyyətini onlayn davam etdirir
Karantin günlərində Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən pulsuz hüquqi yardım layihəsi fəaliyyətini onlayn davam etdirir.
Hüquq və İnsan Haqları İnstitutundan bildirilib ki, aprel ayı ərzində 1206 nəfər benifisiar hüquqi yardım almaq üçün layihəyə müraciət edib. Onlardan 1205 nəfərə "Facebook”, 1 nəfərə isə elektron poçt vasitəsilə hüquqi yardım xidməti göstərilib. Vətəndaşlar onlayn məsləhətlərdən pulsuz hüquqi yardım xidmətinin "Facebook” səhifəsinə və[email protected] ünvanına müraciət edərək yararlanıblar. Daha çox təqaüd, sosial yardım, ümumilikdə isə əmək, ailə, miqrasiya, əmlak, inzibati, istehlakçı, cinayət, vərəsəlik, borc, nəqliyyat məsələləri ilə bağlı müraciətlər ünvanlanıb. Müraciət edənlərin əksəriyyəti isə aztəminatlılar kateqoriyasına aiddir.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətləri göstərilməsi layihəsinə 2018-ci ilin martından başlanılıb. Layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir. Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilir.
banner

Oxşar Xəbərlər