AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Publik hüquqi şəxs olacaq peşə təhsil mərkəzlərinin sayı artırılacaq

Publik hüquqi şəxs olacaq peşə təhsil mərkəzlərinin sayı artırılacaq

Təfsilat
13 Avqust 2020, 10:37 292
Bu il ərzində bir sıra peşə təhsil mərkəzinin publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi planlaşdırılıb.
Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.
Onun sözlərinə görə, bunlar əsasən regionlarda aparılmış optimallaşdırmanın nəticəsi olaraq yaradılan müəssisələrin bazasında fəaliyyət göstərən peşə təhsil müəssisələri olacaq.
P.Yusifov qeyd edib ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq 55 peşə təhsili müəssisəsinin bazasında 24 peşə təhsil mərkəzi yaradılıb. Agentlik direktoru əlavə edib ki, 24 peşə təhsil mərkəzinin mərhələli olaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulub. İlkin olaraq 2019-cu ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, bu il isə 4 müəssisə publik hüquqi şəxs statusu alıb. Onların 3-ü Bakı şəhərində, 1-i isə Sumqayıtda fəaliyyət göstərir.