PSJ-yə “yox” dedi, ən ödənişli futbolçu olacaq
Vircil Van Deyk
"Liverpul”la yeni müqavilə bağlamağa hazırlaşır.
Kaspi.az xəbər
verir ki, futbolçu PSJ-dən gələn təklifdən imtina edib. O, "Liverpul”da qalmaq
niyyətindədir.
Onun, yeni 5
illik müqavilə bağlayacağı gözlənilir. Yeni müqavilədə futbolçunun məvacibi də
artırılacaq. Gözlənilir ki, Vircil "Liverpul” tarixinin ən ödənişli futbolçu
olacaq.
Hazırda onun həftəlik
məvacibi 200 min avrodur. Amma yeni müqavilədən sonra 245 min avro olacaq. Qeyd
edək ki, Məhəmməd Salahın "Liverpul”da həftəlik məvacibi 222 min avrodur.
Van Deyk
"Liverpul”da 2018-ci ilin yanvarından çıxış edir.