• cümə, 19 Aprel, 11:40
  • Baku Bakı 13°C

PSJ-nin futbolçuları tələb etdi, rəhbərlik “yox” dedi

11.05.18 13:10 758
PSJ-nin futbolçuları tələb etdi, rəhbərlik “yox” dedi
PSJ-nin futbolçuları Atem Ben-Arfaya görə klub rəhbərliyinə müraciət edib.
Kaspi.az xəbər verir ki, futbolçular rəhbərlikdən Fransa çempionatındakı qələbəyə görə, Ben-Arfaya da bonus ödənilməsini tələb ediblər. Ancaq klub rəhbərliyi onların tələbini yerinə yetirməyib.
Ben-Arfa baş məşqçi Unai Emeri ilə münaqişə ucbatından cari mövsümdə bir oyunda da meydana çıxmayıb. O, PSJ-də 2016-cı ilin iyulundan çıxış edir.
Atem Paris klubunun heyətində ümumilikdə 32 oyun keçirib, 4 qol vurub, 5 qol ötürməsi edib. Onun müqaviləsi bu ilin yayında başa çatır.
banner

Oxşar Xəbərlər