• cümə axşamı, 25 aprel, 10:17
  • Baku Bakı 14°C

PSJ Neymarı kimə gəldi təklif edir, amma...

07.08.19 13:17 9774
PSJ Neymarı kimə gəldi təklif edir, amma...
PSJ Neymarı buraxmağa hazırdır.
Kaspi.az xəbər verir ki, amma Paris klubu braziliyalı futbolçunun "Barselona”ya getməsini istəmir. "Barsa” rəhbərliyi ilə münasibətləri gərgin olan PSJ rəsmiləri bu keçidin əleyhinədirlər.
Ona görə də, PSJ Neymarı 3 kluba icarəyə vermək istəyir. Bu klublar "Real”, "Yuventus” və "Mançester Yunayted”dir.
Məlumata görə, PSJ ilk təklifi "Real”a göndərib. Peres bu təkliflə razılaşsa da, Zidan braziliyalının komandada olmasını istəmir. O, Pol Poqbanın alınmasının tərəfdarıdır.
Daha sonra PSJ "Mançester Yunayted”ə müraciət edib. MY bu təklifi qəbul etsəydi, icarəyə görə 20 milyon avro ödəməli idi. Ancaq MY də təklifdən imtina edib.
Elə "Yuventus” da Neymarın yüksək məvacibini əsas gətirərək, PSJ-nin təklifini qəbul etməyib.
banner

Oxşar Xəbərlər