PSJ Neymara ultimatum verdi
PSJ rəhbərliyi "Barselona”nın futbolçusu Neymarın transferinin ən
yaxın zamanda həll olunmasına cəhd göstərir.
Kaspi.az xəbər verir ki, rəhbərlik daha gözləmək fikrində deyil. Buna
görə də Paris klubunun rəsmiləri braziliyalı futbolçuya ultimatum veriblər.
"L’Equipe” nəşrinin iddiasına görə, PSJ Neymarın qəti qərar qəbul
etməsini istəyir. Onlar qəti qərar vermək üçün Neymara gələn həftəyə qədər vaxt
veriblər.
Həmin vaxt hər iki komanda Amerika turnesini başa vuracaq. Bir müddət
əvvəl məlumat yayılmışdı ki, PSJ Neymarla şəxsi müqavilənin şərtlərini
razılaşdırıb. Onun transferi PSJ-yə 222 milyon avroya başa gələ bilər.