• şənbə, 20 Aprel, 17:58
  • Baku Bakı 23°C

PSJ ÇL-i qazana bilər, o, müdafiəyə kömək etsə

26.09.18 13:00 563
PSJ ÇL-i qazana bilər, o, müdafiəyə kömək etsə
"Barselona”nın sabiq futbolçusu Samuel Eto`O PSJ-nin oyunçusu Neymara məsləhət verib.
Kaspi.az xəbər verir ki, Eto`O PSJ-nin ÇL-i qazanmaq iqtidarında olduğunu bildirib. Ancaq o, bunun üçün Neymarın müdafiəyə kömək etməli olduğunu da vurğulayıb:
"Neymarın müdafiəyə qayıdaraq komandasına kömək etdiyini görmək istəyirəm. Düzdür, Kavani müdafiəyə qayıdır. Ancaq bir futbolçunun köməyi ilə məsələ həll olunmur.
Bunu Mbappe də edir. Ancaq PSJ-də əsas fiqur Neymardı. Əgər o, intizamlı oynasa, bunu bütün komanda edəcək. PSJ-nin futbolçuları vahid komanda kimi oynamalıdırlar.
Belə olacağı təqdirdə, onların əsas mükafatı - ÇL-i qazanmaq şansları da yaranacaq. Fransa yığması dünya çempionatında məhz əla müdafiə olunmağı bacardıqları üçün qalib gəldi”.
banner

Oxşar Xəbərlər