• şənbə, 20 Aprel, 14:40
  • Baku Bakı 23°C

PSJ-dən dedilər ki, onu satmırıq - “Barsa”nın prezidenti

07.07.17 14:25 1097
PSJ-dən dedilər ki, onu satmırıq - “Barsa”nın prezidenti
"Barselona”nın prezidenti Xosep Mariya Bartomeu PSJ-nin futbolçusu Marko Verrattinin transferi barədə danışıb.
Komanda.az xəbər verir ki, Bartomeu Verrattini transfer etmək istədiklərini etiraf edib. Ancaq o, PSJ-nin futbolçunu buraxmaq istəmədiyini də vurğulayıb:
"Biz Verrattini transfer etmək istəyirik. Elə futbolçu özü də "Barselona”da oynamaq istəyir. Ancaq PSJ onu buraxmaq niyyətində deyil. PSJ-dən bizə bildirdilər ki, Verrattini satmayacaqlar”.
Verratti PSJ-yə 2012-ci ildə "Peskara”dan 12 milyon avroya keçib. Məlumata görə, "Barsa” onu almaq üçün 100 milyon avro ödəməyə hazırdı.
banner

Oxşar Xəbərlər