• şənbə, 20 Aprel, 03:43
  • Baku Bakı 15°C

PSJ-də işləmək istəyir, amma fransızlarla problemi var

19.03.18 15:25 737
PSJ-də işləmək istəyir, amma fransızlarla problemi var
Məşhur holland məşqçi Lui Van Qal PSJ-də işləmək perspektivi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Van Qal PSJ-ni çalışdırmaq istədiyini etiraf edib. Ancaq o, fransızlarla probleminin də olduğunu vurğulayıb:
"PSJ-ni çalışdırmaq əla olardı. Ancaq bu o qədər də asan deyil. Mənə yeni dil öyrənmək lazım gələcək. Çünki fransızlarla problemim var.
Ünsiyyət baş məşqçi üçün əsas amildi. PSJ yüksək səviyyəli komandadı. Etiraf edim ki, "Barselona”, "Bavariya”, "Ayaks”, "Mançester Yunayted”, Hollandiya yığması kimi komandalardan sonra maraqlı təklif almaq çox çətindir.
Van Qalın karyerasında sonuncu klub "Mançester Yunayted” olub. O, bu komandadan 2015/2016 mövsümünün sonunda ayrılıb.
banner

Oxşar Xəbərlər