PSJ azarkeşlərsiz qala bilər
Çempionlar
Liqasının 1/8 finalında PSJ-"Mançester Yunayted” qarşılaşması azarkeşlərsiz
keçirilə bilər.
Kaspi.az xəbər
verir ki, yanvarın 11-də UEFA-nın intizam komitəsi PSJ ilə bağlı məsələyə
baxacaq. Paris klubunun azarkeşləri qrup mərhələsində "Servena Zvezda” ilə
keçirilən oyunda (6:1) qaydaları pozublar.
Fanatlar polisə
hücum ediblər, stadionda məşəl yandırıblar. Fransa mətbuatının yaydığı məlumata
görə, UEFA bu qayda pozuntularını nəzərə alaraq, MY ilə oyunun azarkeşlərsiz
keçirilməsi barədə qərar çıxarda bilər.
PSJ-MY
qarşılaşması martın 6-da keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma isə
fevralın 12-də Mançesterdə baş tutacaq.