• şənbə, 20 Aprel, 14:01
  • Baku Bakı 23°C

PSJ 7 milyon verir, anası 10 milyon istəyir

03.10.18 11:20 512
PSJ 7 milyon verir, anası 10 milyon istəyir
PSJ yarımmüdafiəçisi Adrien Rabo ilə yeni müqavilə bağlamaq niyyətindədir.
Kaspi.az xəbər verir ki, Paris klubu futbolçuya yeni müqavilə üçün şərtlər təklif edib. PSJ ona illik 7,2 milyon avro məvacib təklif edir.
Üstəlik, futbolçu 3 milyon da bonuslar vasitəsilə qazana bilər. Ancaq tərəflər hələ razılığa gələ bilmirlər. Futbolçunun anası 10 milyon avro və daha 10 milyon da bonus şəklində tələb edir.
Çətin keçən danışıqlar səbəbindən Rabo ilə PSJ-nin idman direktoru Anter Enrikenin münasibətləri də pozulub. Adrienin qüvvədə olan müqaviləsi 2019-cu ilin yayında başa çatır.
Futbolçu ilə "Barselona”, "Yuventus” və "Liverpul” maraqlanır.
banner

Oxşar Xəbərlər