• çərşənbə axşamı, 19 mart, 10:56
  • Baku Bakı 8°C

Psixonevroloji internatda baş verən yanğında 37 nəfər ölüb

13.09.13 14:08 1256
Psixonevroloji internatda baş verən yanğında 37 nəfər ölüb
Rusiyanın Novqorod vilayətindəki psixonevroloji internatda sentyabrın 13-nə keçən gecə baş verən dəhşətli yanğında ölənlərin sayı 37-yə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin regional idarəsi açıqlayıb.
Xilasedicilər yanmış binanın dağıntıları altından 15 nəfərin meyitini çıxarıblar. Ümumilikdə içəridə 59 pasiyent və personal olub.
Yanğının müntəzəm şəkildə intizam qaydalarını pozan pasiyentlərdən birinin siqaretindən yarandığı güman edilir. Yanğın nəticəsində 700 kvadrat metr sahəsi olan birmərtəbəli bina tamam yanıb.
Faktla bağlı cinayət işi qaldırılıb.
banner

Oxşar Xəbərlər