• çərşənbə axşamı, 23 aprel, 14:48
  • Baku Bakı 24°C

“Psixoloji yardım haqqında” qanun layihəsi hazırdır

18.01.17 14:30 927
“Psixoloji yardım haqqında” qanun layihəsi hazırdır
Uzun zamandır plenar müzakirələri ləngiyən "Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırdır.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci il yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, artıq müvafiq qurumlardan gözlənilən rəylər də alınıb: "Sonuncu Təhsil Nazirliyinin rəyi idi, artıq onu da almışıq. Qanun layihəsi hazırdır və bu sessiya plenar iclasa tövsiyə edərək qəbul edə bilərik. Psixoloji yardımla bağlı məsələlər Azərbaycanda o qədər aktualdır ki, hələ biz bu məsələdə bir qədər gecikmişik”.
banner

Oxşar Xəbərlər