• çərşənbə axşamı, 16 aprel, 20:40
  • Baku Bakı 18°C

Psixi xəstə atasını bıçaqladı

27.07.13 08:22 1111
Psixi xəstə atasını bıçaqladı
APA-nın məlumatına görə, Xaçmaz rayonu, Yeni Həyat qəsəbə sakini, 48 yaşlı Fələmurov Ənvər Şalbuz oğlu bıçaq xəsarəti ilə Xudat şəhər Xəstəxanasına yerləşdirilib. İlkin yardımdan sonra yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Alın və döş qəfəsindən 3 bıçaq zərbəsi alan xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Onun oğlu tərəfindən bıçaqlandığı müəyyənləşib. Hadisə şəxsi münaqişə zəminində baş verib. Atasını bıçaqlayan övladın psixi xəstə kimi qeydiyyatda olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər