• cümə, 29 Mart, 00:11
  • Baku Bakı 7°C

Proqramlaşdırma sahəsində karyera qurmaq istəyən hər kəs təlimlərə dəvət edilir

18.09.18 13:23 830
Proqramlaşdırma sahəsində karyera qurmaq istəyən hər kəs təlimlərə dəvət edilir
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiya Mərkəzi vəitcity.academyproqramlaşdırma sahəsində karyera qurmaq istəyən hər kəsi təlimlərimizə dəvət edir.
Texnologiya sahəsindəki inkişaf şirkətlərin proqramlaşdırma bacarıqları olan işçilərə tələbatını artırır. Mövcud kadr qıtlığı, İKT bazarındakı tələbin qarşılanmaması gənclər üçün fürsətlər açır. Bu məqsədlə dəitcity.academytəsis edilib. Akademiyamız proqramlaşdırma sahəsində karyera qurmaq istəyən yeni başlayan şəxslərə və bu sahədə imkanlarını genişləndirmək isətəyən təcrübəli kadrlara və korporativ müştərilərə əhatəli təlim paketləri təqdim edir.
Tələbələrimiz üçünitcity.academy-də Veb proqramlaşdırma, Big Data, Database proqramlaşdırma, AWS Cloud texnologiyaları, Mobil proqramlaşdırma (Android/iOS), Veb və qrafik dizayn istiqamətlərində intensiv nəzəri və praktiki təlimlər keçirilir. Akademiyanın rəhbər heyəti və təlimçiləri xaricdə təhsil almış və bu sahədə beynəlxalq təcrübəsi olan mütəxəssislərdən ibarətdir.itcity.academytəlimçilərinin ölkəmizdə fəaliyyət göstərməyə qərar verməkdə əsas məqsədi xaricdə öyrəndiklərinin azərbaycanlı gənclərə çatdırılmasıdır.
Proqramlaşdırma bacarıqlarının əldə edilməsi və peşəkar portfelin yaradılması ilə yanaşıitcity.academykursu uğurla tamamlamış məzunlarını müvafiq sertifikatlarla mükafatlandırır.
Əlavə olaraqitcity.academytələbələrə geniş partnyor şəbəkəsinə çıxış imkanı təqdim edir. Tələbələr bununla da aparıcı yerli şirkətlərdə təcrübə keçmək, işlə təmin olunmaq və təqaüd proqramlarından istifadə etmək şansı əldə edirlər.
itcity.academybütün tələbələrinə CV hazırlama və iş müsahibələrinə hazırlıq xidməti təklif edir. Bu xidmət üçün məzunlarımızdan heç bir əlavə ödəniş tələb olunmur. Karyera xidmətlərinə: iş axtarma üsulları, işə hazırlıq, CV yazma, müsahibə hazırlığı və portfelin yaradılması daxildir.
#ünvan
89 Atatürk prospekti, Nərimanov ray., AZ1069
#işsaatı
həftəiçi 6 gün, saat 9:00-dan 21:00-dək.
#bizimlə əlaqə
(012) 409 9877
[email protected]://itcity.academysatış koordinatorları:
(070) 709 98 77
(055) 709 98 77
banner

Oxşar Xəbərlər