• çərşənbə axşamı, 23 aprel, 10:12
  • Baku Bakı 20°C

Proqnoz: Gələn il avro və dollar arasında paritet yaranacaq

23.11.16 14:13 1127
Proqnoz: Gələn il avro və dollar arasında paritet yaranacaq
Son 15 il ərzində ilk dəfə avronun dollara qarşı məzənnəsində paritet yarana bilər.
"APA-Economics"in xəbərinə görə, "Societe Generale" bankının analitikləri hesab edir ki, 2017-ci ilin əvvəlində Avrozonanın vahid valyutası dollarla bərabərləşəcək. Ekspertlər hesab edirlər ki, buna səbəb siyasi qeyri-müəyyənliklərin artmasıdır.
Son iki həftə ərzində avro bir neçə dəfə 1,06 dollar səviyyəsindən aşağı enib. "Societe Generale" analitiklərinin proqnozuna görə, 2017-ci ilin ilk rübündə avronun məzənnəsi 1 dollaradək enəcək.
"Paritetin yaranması iki əsas amildən asılı olacaq: Avropadakı siyasətdən və dekabrda baş tutacaq Federal Ehtiyatlar Sisteminin (FED) iclasında uçot dərəcəsinin gözlənilən artımı fonunda dolların möhkəmlənməsindən", - deyə bankirlər qeyd edib.
Donald Tramp ABŞ prezidenti seçildikdən sonra avro 5,5% ucuzlaşıb. "Hazırda investorlar artan populist ab-havadan nigarandır. Məsələn, Avropada bu hal daha qabarıq özünü büruzə verir. Fransada Marin Le Penin partiyası, İtaliyada isə "5 ulduz hərəkatı" populyarlaşmaqda davam edir. Baş verənlər avroya təzyiqləri artırır", - deyə bankın analitiki Kit Caks bildirib.
banner

Oxşar Xəbərlər