Promes həbs olundu, həyat yoldaşını döyürmüş
Moskva
"Spartak”ının hollandiyalı futbolçusu Kunsi Promes həbs olunub.
Kaspi.az xəbər
verir ki, Promes İspaniyada həbs olunub. O, İspaniyanın İbitsa adasında istirahət
edirmiş.
İlkin məlumata
görə, məşhur futbolçu həyat yoldaşını döydüyü üçün həbs olunub. O, həyat
yoldaşını hər kəsin gözü qarşısında döyüb.
Ətrafda olan şəxslərin
müdaxiləsindən sonra Promesi sakitləşdirmək mümkün olub. Məlumata görə, Promes
başqa bir holland futbolçu - Uesli Sneyderlə birgə istirahət edir.
Ancaq hadisə baş
verən zaman Sneyder orda olmayıb. Onun hadisədən bir qədər əvvəl otağına
yollandığı deyilir.