AZE | RUS | ENG |

Prokurorluqdan Goranboyda qadının döyülməsi ilə bağlı açıqlama

Prokurorluqdan Goranboyda qadının döyülməsi ilə bağlı açıqlama
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Goranboy rayonu, Əlirzalı kənd sakini Sahilə Ələkbərovanın qonşuluqda yaşayan qadın və övladları tərəfindən döyülməsi, daha sonra guya ata bağlanaraq işgəncə verilməklə sürüdülməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Goranboy rayon prokurorluğu tərəfindən təkzib edilir.
Goranboy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə oktyabrın 10-da Sahilə Ələkbərova özünə məxsus atın qonşunun həyətyanı sahəsində olduğunu görərək onu gətirmək istəyərkən qonşusu Firduz Dəmirova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun oğlu Ariz Dəmirov tərəfindən döyülərək aldığı bədən xəsarətləri ilə əlaqədar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmişdir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə zəruri ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ariz Dəmirov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Mərkəzi rayon xəstəxanasına yerləşdirilən Sahilə Ələkbərovanın vəziyyəti kafidir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287