• cümə, 19 Aprel, 17:53
  • Baku Bakı 25°C

Prokurorluq işçiləri ağac əkiblər

26.04.14 13:09 1119
Prokurorluq işçiləri ağac əkiblər
Bu gün Azərbaycan Respublikası Prokurorluğu orqanlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə növbəti ağacəkmə kampaniyası keçiriblər. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə ağacəkmə kampaniyası keçiriblər.
Tədbir çərçivəsində Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 2 hektar ərazidə min beş yüzdən artıq Eldar şamı ağacları əkilib. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər