• cümə, 19 Aprel, 01:05
  • Baku Bakı 18°C

Prokuror özünü MTN əməkdaşı kimi təqdim edən qadına və tanışına cəza istəyib

07.08.17 14:10 1232
Prokuror özünü MTN əməkdaşı kimi təqdim edən qadına və tanışına cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O,A. Akimovanın 13 il, İ. Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında davam edəcək.
İttihama görə, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.
banner

Oxşar Xəbərlər