AZE | RUS | ENG |

Prokuror sabiq MTN polkovniki və digərlərinə cəza istəyib

Prokuror sabiq MTN polkovniki və digərlərinə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, V. Güləlinin 9 il 6 ay, C. İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, N. Əliyevin 8 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
 
Proses yanvarın 22-də davam edəcək.
 
İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
 
İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.
 
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
 
Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001