AZE | RUS | ENG |

Prokuror "reketlik"də təqsirləndirilən baş redaktora 6,6 il cəza istədi

Prokuror
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əlövsət Abasov prosesdə bildirib ki, cinayət işi üzrə zərərçəkən şəxslərdən Bəxtiyar Həsənov dindirilməyib, həmin şəxs məhkəməyə teleqram vuraraq ürək əməliyyatı keçirdiyini deyib.
Zərərçəkən şəxs istintaqa ifadəsini təsdiq edib və İkram Rəhimovla bağlı heç bir şikayət və tələbinin olmadığını deyib.
Təqsirləndirilən şəxs və vəkil Elçin Sadıqov zərərçəkən Bəxtiyar Həsənovun məhkəməyə gətirilməsini tələb etsə də, hakim müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror İ.Rəhimovun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Elçin Sadıqov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses iyunun 12-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb.
Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işində 6 zərərçəkmiş var.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9143
GEL 1 1 Gürcüstan larisi 0.609
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1553
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1797
CHF 1 1 İsveçrə frankı 1.716
KWD 1 1 Küveyt dinarı 5.598
TRY 1 1 Türkiyə lirəsi 0.294