• cümə, 26 Aprel, 20:05
  • Baku Bakı 22°C

Prokuror İŞİD tərkibində döyüşən azərbaycanlıya 14 illik həbs istəyib

13.02.17 14:30 1359
Prokuror İŞİD tərkibində döyüşən azərbaycanlıya 14 illik həbs istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, R. Xanmuradova 14 illik həbs cəzası istəyib.
R. Xanmuradovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını xahiş edib.
Məhkəmə son söz üçün təqsirləndirilən şəxsə vaxt verib.
Proses fevralın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Ramin Xanmuradov qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilir.
Müəyyən edilib ki, həmin şəxs 2013-2015-ci illərdəSuriyavə İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.
banner

Oxşar Xəbərlər